PENTAQON ABŞ-Türkiyə birgə hava qüvvələri manevrindən xəbər verib
https://azeri.sahartv.ir/news/dünya-i194676-pentaqon_abŞ_türkiyə_birgə_hava_qüvvələri_manevrindən_xəbər_verib
Amerika Müdafiə Nazirliyi- PENTAQON dünən gecə bildirib ki, ABŞ və Türkiyə hava qüvvələri Türkiyənin mərkəzindəki Konya hava limanında birgə manevr keçirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 04:04 Asia/Baku
  • PENTAQON ABŞ-Türkiyə birgə hava qüvvələri manevrindən xəbər verib
    PENTAQON ABŞ-Türkiyə birgə hava qüvvələri manevrindən xəbər verib

Amerika Müdafiə Nazirliyi- PENTAQON dünən gecə bildirib ki, ABŞ və Türkiyə hava qüvvələri Türkiyənin mərkəzindəki Konya hava limanında birgə manevr keçirirlər.

PENTAQON sözçüsü polkovnik Stiv Varen dünən gecə müxbirlərə bildirib ki, "Anadolu qartalı" manevri çərşənbə axşamı günü başlanıb və on gün davam edəcək.
Polkovnik Varen qeyd edib ki, bu manevr Amerika hava qüvvələrinin logistik və döyüş əməliyyatı, eləcə də iki ölkənin hava qüvvələri arasında taktiki həmkarlığın artıırılması üzərində təmərküzləşəcəkdir.
Küveyt xəbər agentliyinin məlumatına görə, iki ölkənin hava qüvvələrindən təqribən 250 nəfər və on iki F-15 qırıcısı bu manevrdə iştirak edir.