Almaniya və Fransa əhalisi Yunanıstan xalqı ilə həmrəyliklərini elan ediblər
İyun 21, 2015 19:25 Asia/Baku
Şənbə günü minlərlə nəfər Almaniya və Fransada aksiya təşkil edərək, Yunanıstan xalqı ilə öz həmrəyliklərini elan ediblər.
İRİB-nin məlumatına görə, aksiya iştirakçıları üzərinə "İqtisadi qənaət əleyhinə birlik: vahid bir ictimai Avropa üçün" və "borc insanı qula çevirmir" şüarları yazılmış plakatlar daşıyıblar.Yunanıstanın yeni kreditlər ala bilməsi üçün borclu olduğu tərəflər ilə anlaşması və default vəziyyətinə düşməkdən xilas olması üçün malik olduğu fürsət başa çatmaq üzrədir. Buna baxmayaraq, bir çox analitik bu qənaətdədir ki, Yunanıstanın borclarını ödəyə bilməkdən aciz olması uzunmüddətli bir problemdir və hazırkı siyasət sadəcə bu ölkənin borclu olduğu ölkələrə ödəməli olduğu faizin ödəniş müddətini uzatmağa hesablanıb.