ABŞ-ın Almaniya rəsmilərindən casusluğu davam edir
https://azeri.sahartv.ir/news/dünya-i195473-abŞ_ın_almaniya_rəsmilərindən_casusluğu_davam_edir
Amerika və İngiltərənin Almaniyanın kansleri və digər rəsmilərindən casusluq etmələri davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2015 09:05 Asia/Baku
  • ABŞ-ın Almaniya rəsmilərindən casusluğu davam edir
    ABŞ-ın Almaniya rəsmilərindən casusluğu davam edir

Amerika və İngiltərənin Almaniyanın kansleri və digər rəsmilərindən casusluq etmələri davam edir.

Sputnik-in məlumatına görə, Vikiliks portalı son zamanlar bir sənəd yayaraq, ifşa edib ki, Amerika və İngiltərə, Berlinin Yunanıstanın maliyyə böhranının həlli üzrə qərarından məlumatlanmaq üçün Angela Merkeldən və Almaniyanın digər rəsmilərindən casusluq ediblər.
Bu xəbərin yayılması göstərir ki, Amerikanın iqtisadi casusluq kompaniyası hazırda Almaniyaya və avropalı orqanlara, eləcə də Yunanıstan böhranı və Avropa Birliyi Mərkəzi Bankı kimi məsələlərədək genişlənibdir.
Son zamanlar Vikiliks portalının sənədləri göstərdi ki, Amerika Milli Təhlükəsizlik Agentliyi azı ötən on ildə Fransadakı müxtəlif dövlətlərdən və bu ölkənin üç prezidentindən casusluq edibdir.