İyul 06, 2015 09:12 Asia/Baku
  • Ştaynmayer: Anlaşmanı əldə etmək üçün istisna fürsətə malikik
    Ştaynmayer: Anlaşmanı əldə etmək üçün istisna fürsətə malikik

Almaniya xarici işlər naziri deyib: 12 ildən sonra münaqişəni həll etmək istiqamətində anlaşmanı əldə etmək üçün istisna fürsətə malikik.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Frank Valter Ştaynmayer bazar günü gecə Vyanaya daxil olmazdan və nüvə müzakirəçilərinə qatılmazdan əvvəl jurnalistlərə verdiyi müsahibədə ötən bir həftədəki sıx müzakirələrə toxunub və deyib: Bir anlaşma çərçivəsi daha da aydınlaşıb.
Ştaynmayer əlavə edib: 12 il uzun sürən bu münaqişənin həlli istiqamətində ən gözəl fürsət vardır. Bu isə anlaşma üçün şücaət və hazırlığı tələb edir.
Ştaynmayerin sözlərinə görə, bu münaqişə barədə iki seçimimiz vardır, ya hamımız udacağıq, ya da nakam qalacağıq, yəni heç kim qalib olmayacaq.
Qeyd edək ki, ötən gecə Vyananın Koburq otelində Avropa xarici işlər nazirləri və ABŞ dövlət katibinin daxili iclasları keçirilib.
Ştaynmayerdən öncə Fransa xarici işlər naziri Loran Fabius və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Vyanaya gəliblər.
İngiltərə xarici işlər naziri Filip Hamond da ötən gecə Vyanaya daxil olub və Vyananın Koburq otelindəki müzakirəçilərə qoşulub.

Teqlər