Ərdoğanın Gülə reaksiyası
İyul 13, 2015 12:57 Asia/Baku
-
Ərdoğanın Gülə reaksiyası
Türkiyə prezidenti bu ölkənin keçmiş prezidentinin Türkiyənin region qarşısındakı siyasətinin dəyişidirlməsi vacibliyi haqdakı sözlərinə reaksiyada onu dolayısı ilə xain və qorxaq adlandırıb.
IRIB-nin məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan bu gün Abdulla Gülün tövsiyəsini rədd edərək, deyib: Xainlər, qorxaqlar və siyasət aləmində öz şəxsi maraqlarına israr edən kəsləri arxada qoyduq və öz siyasi yolumuzu dəyişiklik olmadan tamamladıq, amma onlar bu gün siyasət meydanından kənardadırlar.Abdulla Gül hazırkı prezidentin iştirak etdiyi bir iftar mərasimində belə demişdi: Açıq surətdə deməliyəm ki, Yaxın Şərq və ərəb ölkələri qarşısındakı xarici siyasəti yenidən nəzərdən keçirməyə ehtiyaclı olduğumuzu təsəvvür edirəm, belə ki, daha real olmuş olsun.
Abdulla Gül həmçinin vurğulamışdı ki, Türkiyə Yaxın Şərq, Afrikanın şimalı, o sıradan Misir və Liviya ilə əlaqələrini gücləndirməli və öz yerini əldə etməlidir.