İyul 14, 2015 08:11 Asia/Baku
  • Vyanada nüvə marafonunun son saatları
    Vyanada nüvə marafonunun son saatları

Nüvə marafonunun son və həssas saatları keçir və İran və 5+1 qrupu bazar ertəsi gecəsini bu günə qədər yekunlaşdırmaya çatmaq üçün müzakirələri izləyirlər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ötən gecə üçtərəfli iclas keçiriblər. Sonra isə onların müavinləri və ekspertlər Yekun Müşərək Təşəbbüs Proqramı mətninin üzərində işləməyə başlayıblar.
Ardınca Altılıq qrupunun yekun rəy və mövqelərin koordinasiyası üzrə Koburq otelində daxili iclası keçirilib.
Daxili iclasdan sonra İran xarici işlər naziri ABŞ dövlət katibi Con Kerri, İngiltərə və Almaniya xarici işlər nazirləri Filip Hamond və Frank Valter Ştaynmayerlə müzakirələrin yekunlaşdırılması üzrə görüşərək danışıqlar aparıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri AB-nin xarici siyasət məsələləri üzrə koordinatoru ilə birlikdə ötən günün son saatlarında Koburq otelində bir araya gələrək fikir mübadiləsi aparıblar.
İkitərəfli və neçətərəfli iclaslardan sonra, bəzi xəbər dairələri bildiriblər ki, İran və Altılıq qrupu ölkələrinin xarici işlər nazirləri çərşənbə axşamı günü günortadan öncəyə qədər BMT-nin Vyanadakı qərargahında iclası baş tutacaq.
Bildirilir ki, Vyanada nüvə müzakirələrinin sonunda müzakirələrin yekunu Zərif və Mogerini tərəfindən jurnalistlər qarşısında oxunacaq.
Həmçinin İranın nüvə müzakirə komandasının üzvü Məcid Təxt Rəvançi Vyanada nüvə müzakirələrinin son saatlarında deyib: Yekun Müştərək Təşəbbüs Proqramı mətni üzərində işin son mərhələləri gedir.
Təxt Rəvançi bildirib: Lakin qalan problemlər həll olunmalıdır.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də bildirmişdi ki, nüvə müzakirələrinin yekunlaşması çərşənbə axşamı günündə mümkündür.
Vyanada səfərdə olan Çin xarici işlər naziri Vanq İ də deyib: Hazırda yaxşı bir anlaşmanın bərqərar olması üçün şərait hazırdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi gecə Twitter səhifəsində yazıb: Nüvə anlaşması diplomatiya və uduş-uduş məntiqinin təzyiq və zorakılığa qələbəsi ola bilər.

Teqlər