Almaniyada ABŞ səfirliyi önündə aksiya
Avq 04, 2015 10:30 Asia/Baku
Almanlar Berlində ABŞ səfirliyi önünə toplaşaraq, İŞİD-in vəhşiliyini pisləyiblər.
IRNA-nın məlumatına görə, minlərlə alman bazar ertəsi günü Suriya və İraq xalqlarının İŞİD ünsürləri tərəfindən qətli-am edilmələrini pisləmək üçün Berlində ABŞ səfirliyi önünə toplaşıb.İraqda İŞİD tərəfindən yezidi azlığının qırğın edilməsinin birinci ildönümü günü münasibəti ilə keçirilən bu aksiyada etirazçılar vurğulayıblar ki; "İŞİD-in qarşını alın!" və "Qərb İŞİD-ih təşkilində və bu qrupun Yaxın Şərqdə cinayət törətməsində məsuliyyət daşıyır!".
Aralarında Almaniyada yaşayan bir qrup yezidinin olduğu aksiyaçılar Qərbdən istəyibdir ki, Yaxın Şərq xalqlarının terrorçu İŞİD qrupu ünsürləri tərəfindən qırğın olunmalarına mane olsun.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştanmayer ötən həftə deyib ki, İŞİD-in Yaxın Şərqdə yayılmasının qarşısının alınması əsas hədəflərdən biri olmaqda davam edir.
İŞİD-i xərçəng şişi adlandıran Almaniyanın xarici işlər naziri bu qrupun məğlub edilməsi üçün regional həmkarlığın edilməsini istəyib.
İŞİD İraqda minlərlə yezidinin həbs olunması, oğurlanması və qırğın edilməsinə şamil olan faciəli cinayətlər törədib, bir çox yezidi qadını bazarda satışa qoyub və bəzilərini də bu qrupun üzvləri və başçıları ilə kəbinə məcbur edibdir.