Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam ölüb, 52 nəfər yaralanıb
Avq 12, 2015 08:44 Asia/Baku
-
Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam ölüb, 52 nəfər yaralanıb
Nigeriyada Borno ştatında bazarda törədilmiş güclü partlayış nəticəsində 50-dək adam həlak olub, daha 52 nəfər isə xəsarət alıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Sabon yaşayış məntəqəsinin mərkəzi bazarında baş verib. Məlumata görə, partlayıcı qurğu meydanın ortasına quraşdırılıbmış.Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.