NATO Alyansı və Ukraynanın birgə hərbi manevrinə start verilib
Avq 31, 2015 19:10 Asia/Baku
Şimali Atlantika Bloku NATO və Ukraynanın birgə hərbi manevri bu gün həmin ölkənin cənubunda işə başlayıbdır.
Sputnik Xəbər Agentliyinin məlumatına əsasən Ukraynanın Müdafiə Nazirliyi bir bəyanatda bildirib: Dəniz Nəsimi 2015 adlı bu hərbi təlimlər qeyri-stabil bölgələrdə çoxtərəfli təhlükəsizlik əməliyyat məşqlərini həyata keçirmək məqsədi ilə aparılır.Bu hərbi təlimin digər məqsədlərindən biri də 12 sentyabra kimi davam edəcək quru, hava və dəniz təlim qabiliyyətlərini NATO ilə Ukrayna hərbçiləri arasında möhkəmləndirməkdir.
Yada salaq ki bu hərbi təlim Bolqarıstan , Almaniya , Yunanıstan , İtaliya, İngiltərə , Romniya , İsveç , Türkiyə, Moldova ölkələrindən qatılan 2500 və Ukraynadan 1000 hərbçinin iştirakı ilə keçirilir.
Bu manevrdə 14 gəmi 8 təyyarə və helikopter və 90 hərbi patrol daxil olub.
Dəniz nəsimi 1997-ci ildən bəri hər il Ukraynada keçirilmişdir.