Türkiyənin bir casusluq təyyarəsi İraq sərhədləri yaxınlığında vurulub
Sen 03, 2015 19:07 Asia/Baku
-
Türkiyənin bir casusluq təyyarəsi İraq sərhədləri yaxınlığında vurulub
Türkiyənin bir casusluq təyyarəsinin İraq sərhədləri yaxınlığında vurulub, yerə salınması haqda xəbərlər yayılıb.
İraqda Əlməsələ xəbər agentliyinin məlumatına görə, PKK-nın hərbi qolunun sözçüsü Bəxtiyar Doğan deyib ki, bu təyyarə Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın qüvvələrinin yerləşdikləri məntəqələrin səmasında uçurmuş və Türkiyə-İraq sərhədləri yaxınlığındakı Şəmzinan məntəqəsində vurulub, yerə salınıbdır.PKK-nın hərbi qolu 2015-ci avqustun 27-də elan etdi ki, Türkiyənin bu partiyanın mövqelərinə qarşı hücumlarının başlanmasından bəri türkiyəli hərbçilərdən 471 nəfəri öldürülüb, 211 hərbçi də yaralanıbdır.
Bu məlumata görə, PKK-nın silahlı ünsürlərindən 42 nəfər də həmin hücumlarda həyatını itirib.
Türkiyə qüvvələri iyul ayından terrorçularla mübaribə bəhanəsi ilə PKK-nın mövqelərinə qarşı hücumlar keçiriblər.
Bu, PKK qüvvələrinin Türkiyə ərazilərindən geri çəkildiklərini bildirmələrinin ardınca öz növündə birinci hücumdur.