İran və 5+1 qrupunun nüvə anlaşması Suriya böhranına kömək edə bilər
Sen 08, 2015 10:48 Asia/Baku
-
İran və 5+1 qrupunun nüvə anlaşması Suriya böhranına kömək edə bilər
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: İran və 5+1 qrupu arasında iyul ayındakı nüvə anlaşması beynəlxalq ictimaiyyətə Suriya böhranının həllində kömək edə bilər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Federika Mogerini CNN telekanalına verdiyi müsahibədə Yekun Müştərək Təşəbbüs Proqramının Suriyanın vəziyyətinə təsiri barədə deyib: Mən inanıram ki, iyul ayında Vyanada əldə etdiyimiz yayılmanın qadağan olunması sahəsində anlaşma olmasından əlavə, Suriyanın ətrafında regional qüdrətlər üçün yolu aça bilər. Belə ki, fərqli strategiya sərgilənər və beynəlxalq ictimaiyyətə Suruiyada böhranın həllinə kömək edə bilər.Mogerini iddia edib ki, irəliyə doğru hərəkət üçün yeganə yol bu deyil ki, Avropa, ya Amerika və yaxud xüsusi bir ölkə xüsusi bir layihəni masa üzərinə qoysun. Önəmli olan budur ki, Suriyanın sülhdə yaşaması üçün bu ölkədə müxtəlif sahələrdə regional və beynəlxalq çərçivə yaradılsın.