İraqın şimalında PKK qrupunun mövqeləri bombardman edilib
https://azeri.sahartv.ir/news/dünya-i197440-İraqın_şimalında_pkk_qrupunun_mövqeləri_bombardman_edilib
Türkiyənin hərbi hava qüvvələrinin onlarla F-16 və F-4 qırıcı təyyarələri İraqın şimalında PKK qrupunun mövqelərini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2015 09:30 Asia/Baku
  • İraqın şimalında PKK qrupunun mövqeləri bombardman edilib
    İraqın şimalında PKK qrupunun mövqeləri bombardman edilib

Türkiyənin hərbi hava qüvvələrinin onlarla F-16 və F-4 qırıcı təyyarələri İraqın şimalında PKK qrupunun mövqelərini bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Səma telekanlına istinadla verdiyi məlumata görə, 35 F-16 və 18 F-4 qırıcı təyyarəsi ötən gecə İraqın şimalında Qəndil dağlarında Kürdüstan Fəhlə Partiyası PKK-nın mövqelərini bombalayıb.


İlkin məlumatlara görə, PKK ünsürlərindən 35-40 nəfər bu hücumlarda öldürülüb.


Qeyd edək ki, bazar günü Türkiyə ordusunun iki zirehli avtomobili Hakkari vilayətinin Yüksəkova şəhərində partladılmışdı. Partlayış ardınca bölgədə qarşıdurmalar baş verib və onlarla Türkiyə hərbçisi həlak olub və yaralanıb.


Türkiyə ordusu bu hücumun tələfatını 16 nəfər elan edib.


Türkiyə hökuməti bazar günü hücumun ardınca PKK qruplaşmasını məhv edəcəyinə söz verib.