Sen 08, 2015 14:12 Asia/Baku
  • PKK Türkiyə-Azərbaycan gömrük məntəqəsinə hücum etdi
    PKK Türkiyə-Azərbaycan gömrük məntəqəsinə hücum etdi

PKK Türkiyə-Azərbaycan sərhədindəki gömrük-keçid məntəqəsinə hücum edib, 12 polis həlak olub. Ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma davam edir.

Türkiyənin İğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, hadisə bu gün səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb.

İlkin məlumata görə, 12 polis məmuru həlak olub, 3-ü ağır yaralanıb.

Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir.

Teqlər