Sen 11, 2015 10:44 Asia/Baku
  • Respublikaçılar nüvə anlaşmasının qarşısını almaq üçün səydən əl çəkmirlər
    Respublikaçılar nüvə anlaşmasının qarşısını almaq üçün səydən əl çəkmirlər

Senatın əksəriyyət təşkil edən respublikaçıların rəhbəri İran və 5+1 qrupunun nüvə anlaşmasının araşdırılmasının ləğvinə dair rəqib partiyanın qanunvericilərinin səsverməsindən sonra bildirib: Gələn həftə bir daha bu barədə səsvermə keçiriləcək.

Səhər Beynəlxalq Televiziyasının Hill-ə istinadla verdiyi məlumata görə, respublikaçıların Yekun Müştərək Təşəbbüs Proqramının təsdiqlənməsinə qarşı qətnamənin irəlilədilməsi üçün lazımi 60 səsi əldə edə bilməməsindən sonra Miç Makkanl deyib: Gələn həftə araşdırmanın sonu barədə səsvermə keçiriləcək.


Cümə axşamı günü Amerika Senatında saatlarla müzakirədən sonra respublikaçılar demokratların araşdırmanın ləğvi adlanan planından istifadə etmələrinin qarşısını almaq üçün lazımi səsləri toplaya bilmədilər.


Demokrat senatorlar İranla nüvə anlaşmasının rədd olunması layihəsi barəsində səsverməyə əngəl olaraq ABŞ prezidenti Barak Obamaya böyük qələbəni hədiyyə etdilər. Belə ki, Obama praktiki olaraq öz veto hüququndan istifadə etməyə ehtiyac duymadan Yekun Müştərək Təşəbbüs Proqramının icrasına imkan tapacaq.


Nyu-York Times qəzeti bu barədə yazıb: Bəlkə Barak Obama ABŞ tarixində yeganə prezidentdir ki, xarici siyasətində ən əsas nailiyyəti elə bir halda icra olunur ki, Senat və Nümayəndələr Palatasında əksəriyyətə malik rəqib partiyadan hətta bir nəfər belə, onun lehinə səs verməyib.

Teqlər