Türkiyənin hücumlarında 100 PKK-çı öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i197769-türkiyənin_hücumlarında_100_pkk_çı_öldürülüb
Türkiyə qırıcı təyyarələrinin Kürdüstan Fəhlə Partiyası PKK-nın İraqın şimalı və Türkiyənin cənub-şərqindəki mövqelərinə hücumları yüz PKK-çının ölümü ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2015 10:23 Asia/Baku
  • Türkiyənin hücumlarında 100 PKK-çı öldürülüb
    Türkiyənin hücumlarında 100 PKK-çı öldürülüb

Türkiyə qırıcı təyyarələrinin Kürdüstan Fəhlə Partiyası PKK-nın İraqın şimalı və Türkiyənin cənub-şərqindəki mövqelərinə hücumları yüz PKK-çının ölümü ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyənin xəbər telekanalları bildiriblər ki, Türkiyənin F-16 və F-4 qırıcı təyyarələri İraqın şimalında Sinat və Həftanin bölgələrində PKK-nın mövqelərinə hücum edib və onların silah-sursat və ərzaq maddələri olan anbarlarını dağıdıblar.
Bu arada təhlükəsizlik dairələri Türkiyə ordusunun hava hücumlarında 55-60 silahlının öldürüldüyünü bildiriblər.
Türkiyənin F-16 qırıcı təyyarələri həmçinin ölkənin cənub-şərqində Tuncəli vilayətinin tabeliyində olan Ovacıq bölgəsi ətrafında PKK-nın mövqelərini bombalayaraq 30-40 separatçını öldürüblər.