Almaniyada düşərgələrdə miqrant qadın və uşaqlara təcavüz
Sen 26, 2015 15:15 Asia/Baku
İnsan haqları fəalları Almaniyada miqrantların düşərgələrində qadın və uşaqların zorlandığını bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının İraqın Bərasa Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, qadınların haqları üzrə fəal qruplar, siyasətçilər və hüquq fəalları Almaniyada miqrantların düşərgələrindən ən azı birində qadın və uşaqların cinsi təcavüzə qaldığını bildiriblər.Bu məlumata görə, hüquq fəalları bildiriblər ki, Avropanın miqrantların böhranını həll etməyə çalışdığı bir vaxtda, Almaniya düşərgələrində qadın və uşaqların zorlanma hallarının olması ehtimalı çox-çoxdur.
Qadınların himayəsi üzrə 4 təşkilat bu məsələni "zorlanma və zorakılıq mədəniyyəti" adlandırıb və bu məsələnin araşdırılması üçün Almaniyanın qərbində Hessen əyalətində ictimai məsələlər üzrə nazirə məktub ünvanlayıb.
Orta hesabla gündəlik beş min miqrant qayıq və kiçik gəmilərlə Avropa qitəsinə yollanır.