Amano: Parçin-in yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdur
Sen 27, 2015 15:00 Asia/Baku
-
Amano: Parçin-in yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdur
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vurğulayıb ki, İranda Parçin hərbi təsisatlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdur.
Təsnim xəbər agentliyinin məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Ria Novosti ilə Parçin hərbi təsisatlarının yenidən nəzərdən keçirilməsi vacibliyi barədəki müsahibədə deyib ki, İranın Parçin hərbi təsisatlarının yenidən nəzərdən keçirilməsinə heç bir ehtiyac yoxdur.Ötən həftə Amano Tehrana səfər etdi ki, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşsün və elə bir yol xəritəsinin icrasına başlasın ki, agentliyin müfəttişlərinə seçdikləri hər bir təsisatı təftiş etmək icazəsi vermiş olsun.
Bu, İranla dünya qüdrətləri arasında əldə olunmuş razılaşmanın bir hissəsidir.
Amanonun İrana səfəri ərəfəsində daxili ekspertlər Parçin təsisatlarının torpağı və havasından nümunəgötürmə işini həyata keçirərək, onu Vyana göndərdilər.
Amano Parçin-dən bir daha baxışın keçirilməsi zərurəti barədəki sualın cavabında deyib: Güman etmirəm ki, ehtiyac olmuş olsun. Biz bundan öncə bu təsisatlardan nümunələrə malikik.
O, Tehrana son səfərini faydalı adlandıraraq, bildirib ki, hazırda agentlik öz fəaliyyətini irəlilədə bilər.