Sen 28, 2015 10:34 Asia/Baku
  • Türkiyənin cənub-şərqində 4 mülki öldürülüb
    Türkiyənin cənub-şərqində 4 mülki öldürülüb

Türkiyə hərbçilərinin bu ölkənin cənub-şərqində PKK qüvvələri ilə toqquşmasında 4 mülki öldürülüb.

Uorld Bulleten xəbər portalının məlumatına görə, Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, Türkiyə hərbçilərinin bu ölkənin cənub-şərqində yerləşən Şirnak şəhərində PKK qüvvələri ilə döyüşdükləri məkanda olan bir qrup sivil toqquşma məkanından uzaqlaşmağa müvəffəq olmayıb.
Türkiyənin təhlükəsizlik rəsmiləri Şirnakda daha üç nəfərin yaralanmasına toxunaraq, bildiriblər ki, həlak olanların biri yardım avtomobilinin sürücüsü olubdur.
Ötən iki ayda Türkiyənin dövlət qüvvələri ilə PKK qüvvələri arasındakı döyüşlərin yenidən başlanmasından sonra Türkiyənin hərbi qüvvələrindən yüzdən çox hərbçi öldürülüb. Döyüşlər iyul ayından bərpa olunub.

Teqlər