NATO-nun baş katibi: “Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması təsadüf deyil”
https://azeri.sahartv.ir/news/dünya-i198223-nato_nun_baş_katibi_rusiya_hərbi_təyyarələrinin_türkiyənin_hava_məkanını_pozması_təsadüf_deyil
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasının təsadüf olmadığını iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2015 17:33 Asia/Baku
  • NATO-nun baş katibi: “Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması təsadüf deyil”
    NATO-nun baş katibi: “Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması təsadüf deyil”

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasının təsadüf olmadığını iddia edib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. “Bizim nöqteyi-nəzərimizdən bu, təsadüfə oxşamır. Həm də nəzərə alsaq ki, hadisə iki dəfə baş verib”, - deyə baş katib bildirib.

Y. Stoltenberq ona verilən informasiya əsasında bu qənaətə gəldiyini söyləyib.

Xatırladaq ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi təyyarələri oktyabrın 3-4-də iki dəfə Türkiyənin hava məkanını pozub.