Rusiya gəmiləri Xəzər dənizinidən İŞİD-in mövqelərinə raket zərbələri endirdilər
Okt 07, 2015 20:14 Asia/Baku
-
Rusiya gəmiləri Xəzər dənizinidən İŞİD-in mövqelərinə raket zərbələri endirdilər
Rusiya müdafiə naziri çərşənbə günü bildirib: Rusiyanın 4 ədəd hərbi gəmisi Suriyada İŞİD terror qruplaşmasının mövqelərini 26 ədəd kruz raketi ilə hədəfə alıb.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Sergey Şoyqu bunu Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib.Raşa Tudey informasiya kanalı da bu xəbəri yayımlayaraq, raketlərin Xəzər dənizindən atıldığını bildirib.
Rusiya ordusunun bu raket hücumu ilə yanaşı, artıq bir neçə gündür ki, Rusiya qırıcıları Suriyada İŞİD-in mövqelərinə havadan zərbələr endirirlər.
S.Şoyqu əlavə edib: Terrorçuların məhv edilməsi üçün hərbi hava qüvvələri ilə yanaşı bu gün səhər terrorçuların mövqeləri bizim hərbi gəmilərimiz vasitəsilə hədəfə alınıb. Hədəflərin hamısı məhv edilib.
O daha sonra deyib: Bu hücum bizim raketlərimizin hətta uzaq məsafədən belə çox təsirli və dəqiq olduqlarını sübut etmiş olub.