Rusiyanın ən böyük kimyəvi silah ehtiyatları məhv edilib
Okt 08, 2015 20:20 Asia/Baku
Rusiyanın ən böyük kimyəvi silah ehtiyatı Bryanskda Puçep şəhərində xüsusi məkanda tamamilə məhv edilib.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Rusiya Dövləti Federal Agentliyinin sözçüsü kimyəvi silahların təhlükəsiz şəkildə məhv edilməsi barədə deyib: Sonuncu kimyəvi hava bombası 26 sentyabrda qeyd olunan məkanda məhv edilib.Kimyəvi silahların ehtiyatı zavodunun fəaliyyətə başlanmasından indiyə qədər Puçepdə 67 mindən çox kimyəvi hava sursatı zərərsizləşdirilib. Bu sursatlar 7 min 500 tondan çox zarin, suman kimi zəhərli maddələr və V-X maddəsinə malik olub.
2015-ci ilin oktyabr ayına qədər Rusiyada hərbi kimyəvi maddələrin ümumilikdə 92%-i məhv edilib.
2016-cı ildə Rusiyada Kizner zavodunda sonuncu kimyəvi silahlar məhv ediləcək.