Cənubi Osetiya Rusiyaya birləşmək qərarına gəlib
Okt 21, 2015 15:49 Asia/Baku
-
Cənubi Osetiya Rusiyaya birləşmək qərarına gəlib
Qondarma Cənubi Osetiya Respublikası prezidenti Rusiyaya birləşmək üçün referendumun keçirilməsindən xəbər verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Leonid Tibilov Rusiya prezidentinin müavini Vladislav Surkov ilə görüşdə deyib: Dünyanın hazırkı siyasi durumu bizim də tarixi bir qərar qəbul etməyimizi tələb edir. Və biz xalqın rifahı və təhlükəsizliyini təmin etmək üçün Rusiyaya birləşmək istəyirik.O daha sonra deyib: Rusiya ilə birləşmək Cənubi Osetiya əhalisinin uzun zamandan bəri arzu etdiyi bir istəkdir. Zira, ötən 2 əsrdə daim Gürcüstandakı nasionalizm və faşizm düşüncəsi ilə mübarizədə Rusiya Cənubi Osetiya əhalisinin kənarında olub.
Tibilov əlavə edib: Cənubi Osetiya əhalisinin müxtəlif təbəqələrindən olan insanlar bu referendumun keçirilməsində iştirak edəcək və bu istiqamətdə görülən bütün işlər Rusiyanın razılığı əsasında baş tutur.
Rusiya 26 avqust 2008-ci ildə, Gürcüstandan ayrıldığını elan edən qondarma Cənubi Osetiya Respublikasının müstəqilliyini rəsmən tanıyıb.