Tramp: ABŞ İraq neftini oğurlamalı idi
Okt 28, 2015 11:12 Asia/Baku
-
Tramp: ABŞ İraq neftini oğurlamalı idi
Qlobal Riserç yazır: Amerikada prezidentlik ünvanına respublikaçı namizəd Donald Tramp ölkəsinin İraqı məhv etdikdən sonra, neftini qarət etməli olduğunu deyib.
D.Tramp oktyabrın 25-də CNN telekanalı ilə müsahibədə deyib: Amerika İraq xalqının həyatını məhv etdi. Amma, biz İraqı tərk edərkən, bu ölkənin neftini oğurlamalı idik.O, daha sonra deyib: Amerikalı işğalçılar İraqı tərk etməməli idilər və İraqın işğalı prosesi davam etdirilməli idi.
Tramp həmçinin əlavə edib: Biz neftimizi geri qaytarmalıyıq. Biz bunu ilk onillikdə etməliyik. Mən, bu neftdən əldə ediləcək pul ilə İraqda ölən və yaralanan əsgər ailələrinin ehtiyaclarını təmin edə bilərəm.
Teqlər