Noy 06, 2015 09:57 Asia/Baku
  • Hakkaridə 31 PKK üzvü ölüb
    Hakkaridə 31 PKK üzvü ölüb

Türkiyənin Kürdüstan Fəhlə Partiyası PKK-nın üzvlərindən 31 nəfəri Hakkari vilayətində öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə ordusu bildirib: Bu ölkə qüvvələrinin əməliyyatlarının sonunda və Hakkari vilayətində PKK üzvləri ilə toqquşmalarda 2 hərbçi həlak olub, bir hərbçi də yaralanıb.
Türkiyə ordusu həmçinin bildirib: PKK-nın 10 üzvü də Şırnaq vilayətində hərbçilər tərəfindən mühasirəyə alındıqdan sonra təslim olub.
Türkiyə hüquq-mühafizə qüvvələri ilə PKK üzvləri arasındakı toqquşma iki il yarımdan sonra bu ilin iyul ayında yenidən başlayıb.
Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu müddətdə minlərlə PKK üzvü və Türkiyə hüquq-mühafizə qüvvələrindən 200 nəfəri həlak olub.

Teqlər