Noy 10, 2015 13:13 Asia/Baku
  • Bütün Amerika ştatlarında geniş korrupsiya
    Bütün Amerika ştatlarında geniş korrupsiya

Amerikanın dövlət orqanlarında korrupsiya ilə bağlı təhqiqatlarda fəal olan iki təşkilatın hesabatı Amerikanın bütün ştatlarında korrupsiyanın geniş şəkildə yayılmasından xəbər verir.

Fars xəbər agentliyinin məlumatına görə, bazar ertəsi günü yayılmış "Ştatların sədaqət göstəricisi" adlı bu hesabat Amerikanın dövlət orqanlarında korrupsiyanın geniş şəkildə yayılmasından xəbər verir.
"Ştatların sədaqət göstəricisi" adlı bu hesabatı "Dövlət sədaqət müəssisəsi" və "Beynəlxalq sədaqət" təşkilatı yayıblar.
"Beynəlxalq sədaqət" təşkilatı bütün dünyada korrupsiya proseslərinin izlənilməsi üzərində təmərküz edən müstəqil və qeyri-kommersiya təşkilatıdır.
"Dövlət sədaqət müəssisəsi" də Amerikada qeyri-kommersiya təşkilatıdır ki, hədəfi, qoyulmuş vəzifələrin icrasında dövlət və xüsusi orqanların qüsuru, korrupsiya və qüdrətdən sui-istifadə hallarının ifşasıdır.
Bu hesabata əsasən, Amerikanın 12 ştatında ittihamın irəli sürülməsi, dövlət rəsmilərinin məhkum edilmələri və ya istefa vermələri korrupsiya ilə bağlı rüsvayçılıqlara görə, mövcud olubdur.

Teqlər