Noy 22, 2015 09:56 Asia/Baku
  • Rus qırıcılar NATO-ya meydan oxuyurlar
    Rus qırıcılar NATO-ya meydan oxuyurlar

Rusiya ötən həftənin sonlarından Suriyada terror qruplarının mövqelərini bombalamaq üçün indiyədək hərbi əməliyyatlarda istifadə olunmamış qırıcı-bombardmançı təyyarələrdən istifadə edir.

Bir çox ekspertlər bu nəhəng qırıcı-bombardmançı təyyarələrdən istifadə olunmasını Moskvanın qüdrət nümayiş etdirməsi kimi bilməkdən əlavə, onların Suriyaya çatmaq üzrə seçilmiş istiqamətini də Rusiyanın ötən ildən Moskva ilə qarşı-qarşıya durmuş Avropaya aydın bir mesajı bilirlər.
İŞİD-in mövqelərini bombalamaq üçün Rusiyadan havaya qalxıb, tapşırığı yerinə yetirdikdən sonra dayanmadan bir daha Rusiyaya geri dönən bu qırıcı-bombardmançı təyyarələr öz hücumlarıının ən yeni dövründə elə bir istiqaməti seçiblər ki, bu, İngiltərənin Tayfun qırıcılarının onları skort etmək üçün havaya qalxmalarına səbəb olub.
Deyli Teleqraf(Dayli Telegraf)-ın yazdığına görə, Rusiya ordusunun iki ədəd Tu-160 bombardmançısı bu əməliyyat zamanı durmadan on üç min kilometlik məsafəni keçibdir. Bu supersonik bombardmançılar Suriyaya tərəf getmək üçün adi Xəzər dənizi-İran-İraq-Suriya istiqamətinin yerinə, öncə Norveç səmasından, sonra İngiltərə səmasının Atlantik okeanındakı ətrafından keçib, Aralıq dənizi sularına daxil olmazdan qabaq Cəbəlüttariq boğazından keçib gediblər.
Bombardmançılar geriyə dönmə istiqamətində də qeyri-adi bir hərəkət edərək, getdikləri yoldan qayıtmayıblar, əksinə bu dəfə onlar İraq-İran-Xəzər dənizi istiqamətindən gedib və Dayli Teleqraf-ın bir müdafiə mənbəyinə istinadla yazdığı kimi, əslində öz uçuş mənzillərini NATO-ya nümayiş etdirmək üçün dairəvi bir istiqaməti keçiblər.
Uyşinist portalı xəbər veribdir ki, dünyada ən böyük hərbi-döyüş təyyarəsi olan bu iki bombardmançı çərşənbə günü səhər saat doqquzda Murmansk vilayətində yerləşən Oleneqorsk bazasından havaya qalxmışdı.
Rusiya təqribən iki ay bundan əvvəl Suriyada hərbi əməliyyata başlayıb və bu müddətdə müxtəlif raketlərlə terrorçuların mövqelərini hədəfə alıbdır. Bu ölkə ötən həftədən strateji bombardmançılara quraşdırılmış Kruz raketləri ilə bir neçə dəfə Suriyadakı hədəflərə hücum edibdir.
Sionist rejimin bəzi hərbi mənbələri iddia ediblər ki, Rusiya Aralıq və Xəzər dənizlərindən Kruz raketləri ilə həyata keçirdiyi öz amansız və intensiv bombardmanları ilə İŞİD-in əsas qərargahına çevrilmiş Riqqə şəhərini yerlə yeksan edir.

Teqlər