Noy 24, 2015 16:40 Asia/Baku
  • İraqçı və Stefan Mal Vyanada görüşüblər
    İraqçı və Stefan Mal Vyanada görüşüblər

Nüvə anlaşmasının icrasının izlənilməsi qərargahının iranlı sədri Abbas İraqçı və ABŞ-ın nüvə anlaşmasının icrası üzrə koordinatoru Stefan Mal Vyanada görüşərək, danışıqlar aparıblar.

Stefan Mal nüvə anlaşmasının icrası prosesinin araşdırılması məqsədi ilə 5+1 qrupu ölkələrinin nümayəndələri ilə görüşüb, danışıqlar aparmaq üçün bazar günü Vyanaya daxil olub.
Nüvə anlaşmasına əsasən 5+1 qrupu ölkələrinin üzərinə düşən öhdəliklərdən biri keçmiş məsələlərin birdəfəlik olaraq bağlı elan edilməsi üçün qətnamə layihəsi hazırlayaraq, BMT TŞ-yə təqdim etməkdir.
Stefan Malın başçılıq etdiyi komanda nüvə anlaşması ilə bağlı bacarıqlı və təcrübəli ekspertlərdən ibarətdir və bu komanda sanksiyaların ləğv edilməsi üzrə Amerika və İranda görülən işləri izləməlidir.
İraqçının Vyanaya daxil olması ilə iranlı ekspertlərdən ibarət heyət Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə müzakirələrin son dövrünü həyata keçirərək, keçmiş məsələlərli yekunlaşdırmalıdır.
5+1 qrupu nüvə anlaşmasına əsasən İranın nüvə işinin bağlı elan edilməsi üçün qətnamə layihəsi hazırlayıb, agentliyin Direktorlar Şurasına təqdim etməyə borcludur.

Teqlər