Noy 27, 2015 12:14 Asia/Baku
  • Avropanın təhlükəsizlik qaydaları dəyişilməlidir
    Avropanın təhlükəsizlik qaydaları dəyişilməlidir

Şimali Atlantika Alyansı NATO-nun baş katibi Türkiyənin Rusiyanın Su-24 qırıcı təyyarəsini vurmasının ardınca Avropada təhlükəsizlik qaydalarının dəyişdirilməsini istəyib.

İRİB-nin məlumatına görə, NATO-nun baş katibi Yiens Stoltenberq deyib: Avropanın təhlükəsizlik qaydaları artıq köhnəlib və Rusiya qırıcısının vurulması yeni soyuq müharibə dövrünün başlanması nişanəsi ola bilər.
Stoltenberq əlavə edib: Bu hadisə təmkinli olmaq və diplomatik davranışa ehtiyaclıdır.
NATO baş katiibi Türkiyənin Şimali Atlantika Alyansının üzvü olduğunu vurğulayaraq, deyib: NATO Türkiyənin ərazi bütövlüyünə hörmət və onun qorunmasına təkid edir.

Teqlər