Dek 08, 2015 14:39 Asia/Baku
  • Terrorizm yalnız hərbi hərəkətlərlə məhv olmayacaq
    Terrorizm yalnız hərbi hərəkətlərlə məhv olmayacaq

Almaniya xarici işlər naziri bildirib: Suriyada terrorizm yalnız hərbi hərəkətlərlə aradan qalxmayacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Londonda çıxan əl-Şərq əl-Ousət qəzetinə verdiyi müsahibədə deyib: Almaniya ötən həftə İŞİD terror qruplaşması ilə mübarizədə kəşfiyyat təyyarəsi, yanacaq çatdırma, gəmilər və peyk vasitəsi ilə öz hərbi iştirakını genişləndirdi. Amma hərbi hərəkətlərlə terrorizmi məhv etmək olmaz. Eyni zamanda İŞİD-in genişlənməsi üçün şərait yaradacaq siyasi hərc-mərclikdən çıxmaq üçün həll yolları tapmaq lazımdır.

Ştaynmayer əlavə edib: Suriya barəsində Vyana müzakirələrində ilk dəfə olaraq yol xəritəsi barəsində razılıq olundu. Hətta əgər bu yol uzun da olsa və bir çox həll olunmamış məsələlər qalsa da, indi onlarla addım-addım qarşılaşmaq lazımdır.

Almaniya xarici işlər naziri regiondakı böhrana toxunaraq deyib: Regionda davamlı stabilliyin bərqərar olunması mümkün deyil. Lakin Fars körfəzi bölgəsindəki bütün tərəflər uzun müddətdə bir-birinin köməyi ilə təhlükəsizliyin təmin olunmasını dərk etdikləri zaman bunu əldə etmək olar. Əgər Suriya barəsində Vyana müzakirələri, eləcə də Yəmən barəsində Vyana müzakirələrində hiss olunacaq nailiyyətlər əldə olunarsa, qarşılıqlı etimadsızlığın aradan qalxması istiqamətində addım ola bilər.

Teqlər