Baltimorda etiraz aksiyası
Amerikanın Baltimor şəhərinin əhalisi qaradərili gənc Freddie Grayin qatilinə məhkəmə səlahiyyətinin olmaması elan olunduqdan sonra, polisin sərtlik və irqçliyi və ədliyyə strukturunun qatil polislərlə əlbir olmasına etiraz olaraq küçələrə axışıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Baltimor şəhərinin məhkəmə hakimi ötən gün apreldə qaradərili gənci qətlə yetirən polis zabitinin işinin araşdırılmasında məhkəmənin səlahiyyətli olmadığını bildirib.
Məhkəmə andlıları 16 saat müzakirədən sonra Uilyam Porterin ittihamları barədə rəy verə bilməyiblər. Buna görə də məhkəmə hakimi andlıların səlahiyyətinin olmamasını elan edərək məhkəməyə son verib.
Porter Freddie Grayın qətlində ittiham və mühakimə olunan 6 polis zabitindən biridir.
Polis təcridxanasında bu qaradərili gəncin qətlə yetirilməsi ötən aprel ayında polisin irqçilik və sərtliyinə etiraz olaraq küçə aksiyaları və üsyana səbəb oldu.
Porterin mühakiməsi yeni andlıların iştirakı ilə yeni məhkəmədə tezliklə keçirilməlidir.
Məhkəmənin natamam sona çatması ədliyyə strukturunun yararsızlığına etirazı şiddətləndirib və etirazlar zamanı ən azı 2 nəfər həbs olunub.