Türkiyədə 4 polis zabiti yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i202300-türkiyədə_4_polis_zabiti_yaralanıb
Türkiyənin cənub-şərqindəki etirazlarda 4 polis zabiti yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 04:57 Asia/Baku
  • Türkiyədə 4 polis zabiti yaralanıb
    Türkiyədə 4 polis zabiti yaralanıb

Türkiyənin cənub-şərqindəki etirazlarda 4 polis zabiti yaralanıb.

Türkiyədəki təhlükəsizlik mənbələri cümə axşamı günü bildiriblər ki, bir aksiya iştirakçılarının polis qüvvələri ilə toqquşması dörd polis zabitinin yaralanması ilə nəticələnib.

200 nəfərin iştirak etdiyi bu aksiya Türkiyənin Diyarbəkir vilayətində keçirilib.

Bu hadisə qeyri-hökumət təşkilatları üzvlərindən bir qrupunun Diyarbəkir meriyasının qarşısına toplaşdığı zaman baş verib.

Polis aksiyaçılardan dağılmalarını istəyərkən onlar polis qüvvələri ilə toqquşublar və nəticədə 4 polis zabiti yaralanıb.