Fev 10, 2016 14:25 Asia/Baku
  • Kreml Angela Merkelin ittihamlarını rədd etdi
    Kreml Angela Merkelin ittihamlarını rədd etdi

Moskva Almaniya kansleri Angela Merkelin son açıqlamalarına reaksiya olaraq, Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarının sivil əhalinin ölümünə yol açması ilə bağlı etibarlı faktların olmadığını bildirib.

PressTV-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı Ankgela Merkelin ittihamlarına cavab olaraq deyib: Suriyada sivil əhalinin Rusiyanın hava hücumları zamanı həlak olmasına dəlalət edəcək faktlar yoxdur.

Almaniya kansleri Angela Merkel ötən gün Ankarada deyib: Rusiyanın hava hücumları Suriyada mülki əhalinin qırğın edilməsinə səbəb olur.

D.Peskov daha sonra Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Rusiyanın Suriyanın müəyyən hissələrini işğal etməsi barədə səsləndirdiyi fikirləri rədd edib.

Kremlin sözçüsü Almaniya və Türkiyə rəsmilərini Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı açıqlamalarını beynəlxalq hüquqa əsasən, yersiz adlandırıb.

Rusiya ötən ilin 30 sentyabrından Bəşşar Əsəd hökumətinin istəyi əsasında Suriyada terrorçular əleyhinə əməliyyatlara başlayıb.

Teqlər