Rusiya NATO-da təxribat yaratmaqda suçlandı
Şimali Atlantik Alyansı NATO baş katibi Rusiyanı bu alyansa üzv ölkələr arasında təfriqə yaratmağa cəhddə suçlayıb.
İRNA-nın məlumatına görə, Yens Stoltenberq deyib: Bir müddətdir ki, Rusiyanın müxtəlif vasitələrdən istifadə edərək öz qonşu ölkələri və NATO üzvləri arasında təfriqə salmağa güclü şəkildə cəhd göstərdiyinin şahidiyik.
O həmçinin deyib: Rusiyanın Suriyadakı iştirakı NATO üçün nigaranedicidir və bu hərəkətə cavab olaraq bəzi bölgələr, o cümlədən Aralıq dənizi və Şərqi Avropada öz hərbi iştirakımızı gücləndiririk.
NATO baş katibi həmçinin deyib: Rusiyanın NATO-nu dağıtmaq üzrə səyləri iflasa uğramışdır. Çünki bu alyansın üzvləri müştərək və kollektiv şəkildə bu təhdidlərə cavab vermişlər və Avropa, Amerika və digər müttəfiq ölkələrinin iqtisadi sanksiyaları Rusiyanın fəaliyyətlərinə təzyiqdə paya malik olmuşdur.
Rusiya və NATO əlaqələri 2 il öncə Ukrayna böhranına görə gərginləşdi və bu müddət ərzində qarşılıqlı ittihamlar irəli sürülür.
Son ittiham NATO-nun Avropadakı qüvvələrinin komandanı general Filip Bridlavdan gəlib. O bildirib ki, ABŞ və Avropa Rusiyanın uzunmüddətli təhdidindədir.
NATO generalı iddia edib ki, Rusiya miqrant böhranını qərb əleyhinə silaha çevirmək üçün Suriya prezidenti Bəşşar Əsədə kömək edir.
Bridlav Senatın Silahlı Qüvvələrə Dəstək Komitəsinin üzvlərinin toplantısında deyib: Rusiya və Suriya hökuməti birlikdə qəsdən miqrantı silaha çevirməkdədirlər. Belə ki, Avropanın quruluşuna qalib gəlsinlər, Avropa məntiqini sındırsınlar və qəsdən suriyalıların irimiqyaslı yerdəyişməsini həyata keçirirlər.
Moskva dəfələrlə NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin davam etməsi və sabiq SSRİ respublikalarının bu alyansa qoşulmasına cəhd göstərməsi barədə xəbərdarlıq edib.
1949-cu il apreldə təşkil olunan NATO alyansının əsas sazişi 5-ci maddədir və onu 28 ölkə imzalanmışdır. Bu maddəyə əsasən Avropada və ya Şimali Amerikada bir və ya bir neçə üzvə hərbi hücum bütün üzv ölkələrə hücum hesab olunur və onunla mübarizə aparılmalıdır.