Almaniyada Merkelin istefası tələb olunur
Minlərlə alman şənbə günü paytaxt Berlndə aksiya keçirərək kansler Angella Merkelin istefasını tələb edib.
Berlin şəhərinin mərkəzində təxminən 4 min nəfər aksiya keçirib və "Merkel getməlidir" şüarı ilə miqrantlar barəsindəki siyasətlərinə görə onun istefa verməsini tələb ediblər.
Aksiyaçılar "Merkel istefa verməlidir", "Bu Avropa bizimdir" və "Miqrantların düşərgələri bağlansın" kimi şüarlar verərək miqrantlara sığınacaq verməkdə Merkelin siyasətlərini pisləyiblər.
Eyni zamanda əksəriyyəti solçu qruplar və tələbələrdən olan bu aksiyaçıların təxminən min beş yüz nəfəri də yürüş keçirib və Merkelə etiraz edib. Bu aksiya Almaniyanın 3 ştatında əsa seçkilərin başlanmasından bir neçə saat sonra keçirilir.
Müşahidəçilərin qənaətincə, bu seçkilərin nəticələri Merkelin miqrantlarla əlaqədar siyasətləri barəsində referendumun keçirilməsi mənasında olacaqdır. Bu seçkilərdə əcnəbilərə qarşı Almaniya üçün Alternativ partiyasının bəzi üzvlərini əyalət parlamentlərinə daxil olması gözlənilir. Bunula belə bu ölkədə böyük partiyalar bildiriblər ki, heç bir partiya ilə koalisiya qurmayacaqlar. Almaniya kansleri Angella Merkel miqrantlar barədə son mövqeyində bildirib ki, iqtisadi miqrantların Almaniyaya gəlməsinə heç bir şansı yoxdur.
Almaniya kansleri Baden Vortemberq əyalətinin Hayqorlox şəhərində Xristian Demokrat partiyasının iclaslarından birində etdiyi çıxışında miqrantlar barədə deyib: İqtisadi motivi olan miqrantların miqrasiya qanunu və yaxud Cenevrə miqrantlar konvensiyası ilə əlaqəsi yoxdur. Elə buna görə, biz bu şəxslərə bildiririk ki, siz ölkəmizi tərk etməlisiniz.
O bildirib ki, Balkanın qərb ölkələrinə gələn miqrantlarla hazırda çətin vəziyyətlə üzləşmişik.
BMT-nin insan haqları komissarı Zeyd Rəd Bin Hüseyn son vaxtlar miqrantların Yunanıstandan Türkiyəyə qaytarılmasına dair Türkiyə və Avropa Birliyinin son razılaşmasını qeyri-qanuni hərəkət və insan hüququnun pozulması adlandırıb.