Amerika hərbçilərinə Afrika ölkələrinə səfər etmək qadağan olundu
https://azeri.sahartv.ir/news/dünya-i211420-amerika_hərbçilərinə_afrika_ölkələrinə_səfər_etmək_qadağan_olundu
ABŞ Müdafiə Nazirliyi öz hərbçilərinin 5 qərbi Afrika ölkəsinə səfər etmələrini qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2016 12:19 Asia/Baku
  • Amerika hərbçilərinə Afrika ölkələrinə səfər etmək qadağan olundu
    Amerika hərbçilərinə Afrika ölkələrinə səfər etmək qadağan olundu

ABŞ Müdafiə Nazirliyi öz hərbçilərinin 5 qərbi Afrika ölkəsinə səfər etmələrini qadağan edib.

Röytersin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi çərşənbə günü bir bəyanat verərək bildirib: ABŞ hərbçilərinin Seneqal, Qvineya, Fil Dişi Sahili, Burkinafaso və Qanada yaraqlıların hücumlarına görə bu ölkələrə səfərləri qadağandır.

ABŞ-ın Afrikadakı Hərbçilərinin Komandanlığının sözçüsü Antoni Falvo da bu barədə deyib: Bu bölgədə baş verən son hücumları nəzərə alaraq, bu addım yalnız diqqəti artırmaq üçün atılır.

Fil Dişi Sahilinin paytatı Abicanın 40 km şərqində Qrand Bassam sahil şəhərində 3 otel əl-Qaidə terror qruplaşmasının hücumuna məruz qalıb.

Bu terror aktında 15 sivil həlak olub.

Əl-Qaidə qruplaşması bu hücumun məsuliyyətini üzərinə götürüb.