Putin: Rusiya Suriyada neft marşrutunu terrorçuların üzünə bağladı
-
Putin: Rusiya Suriyada neft marşrutunu terrorçuların üzünə bağladı
Rusiya prezidenti bu ölkə ordusunun Suriyadakı hərbi əməliyyatlarını terrorçulara qarşı mübarizə adlandırıb.
Rusiya əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Rusiya prezidenti Valdimir Putin bu gün cümə axşamı Suriyada hərbi əməliyyatlarda iştirak etmiş komandanlar və hərbçilərin mükafatlandırılması mərasimində deyib: Rusiya Suriyada terrorçuların neft qaçaq etmək üçün istifdə etdikləri marşrutu məhv edib.
V.Putin daha sonra deyib: Suriya dövlətinin rəsmi istəyi əsasında bu ölkəyə hərbi qüvvə göndərdik.
Rusiya prezidentinin dediyinə görə, bu ölkə ordusu Suriya qoşunlarına terrorçular üzərində qələbə çalmaqda kömək edib. Həmçinin, Rusiya Suriyada atəşkəsin bərqərar edilməsi və bu ölkə böhranının həll edilməsi üzrə səylər həyata keçirib.
Rusiya prezidenti həmçinin bildirib ki, Rusiya qüvvələrinin Suriyadan geri çəkilməsi bu ölkə prezidenti Bəşşar Əsəd ilə ahəngdar şəkildə olub.
Putin həmçinin deyib: Rusiya terrorçular ilə mübarizədə Suriya dövlətinə olan dəstəyini davam etdirəcək. Bu yardımlar maliyyə yardımları, silah yardımları, hərbçilərə təlimlərin keçilməsi, informasiya çatdırılması və birbaşa yardımların edilməsi şəklində olacaq.