ABŞ və NATO Rusiyaya qarşı mövqe tutublar
Avropada yerləşən amerikalı qüvvələrin komandanı Ameika ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun Rusiyaya qarşı mövqelərinin dəyişməsindən xəbər verib.
Press TV-nin məlumatına görə, Avropada yerləşən amerikalı qüvvələrin komandanı general Filipp Bridlav Latviyanın paytaxtı- Riqada deyib ki, Vaşinqton və NATO Avropanın şərqində özlərinin müdafiə doktrinalarını təhlükəsizliyin təminindən önləyici hərəkət səmtinə dəyişməkdədirlər.
Avropada yerləşən amerikalı qüvvələrin komandanı etiraf edib ki, ABŞ və onun müttəfiqləri qüdrətli bir Rusiya ilə üz-üzədirlər.
Avropada yerləşən amerikalı qüvvələrin komandanının sözlərinə görə, Rusiya şimal yarımkürəsində və ondan da geniş bir miqyasda öz nüfuzunu genişləndirmək ardıncadır.
General Filipp Bridlavın sözləri Amerika Müdafiə Nazirliyi-Pentaqon-un 2017-ci ilin əvvəllərində Avropanın şərq məntəqələrində təqribən 2400 qüvvə ilə bir zirehli döyüş diviziyasının yerləşdirilməsindən xəbər verməsindən sonra söylənibdir.
Amerika Avropada altmış mindən yuxarı qüvvəyə malikdir ki, onların əksəriyyəti Avropanın şərq məntəqələrində yerləşibdir.
Amerika-Rusiya əlaqələri Ukraynadakı toqquşmaların ardınca özünün ən aşağı həddinə enibdir.
Amerika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Jozef Danford bundan öncə Rusiyanı Birləşmiş Ştatların milli maraqları üçün ən böyük təhdid adlandırmışdı.
Polşa daxil olmaqla NATO-nun Şərqi Avropadan olan üzvləri ABŞ-ın bu məntəqədəki hərbi iştirakının genişlənməsini istəyiblər.