Rusiya NATO ilə əməkdaşlıqların bərpası üçün şərt qoydu
Rusiya xarici işlər naziri bu ölkənin Şimali Atlantik Alyansı NATO ilə əlaqələrinin bərpaı üçün şərt təyin edib.
Rusiya Xarici İşlər Nazirliyinin internet portalının məlumatına görə, Sergey Lavrov Rusiyanın Ukrayna məsələsinə görə NATO ilə əməkdaşlıq və əlaqələrinin kəsilməsinə toxunaraq deyib: NATO şərqdən gələn təhdidlə mübarizənin zəruriliyi adı altında öz düşmənçilik hərəkətlərini davam etdirməkdən əl çəkməlidir.
Lavrov əlavə edib: Rusiya NATO-ya üzv bütün ölkələrin təhlükəsizliyinin bərabər təmin olunması ilə əlaqədar bütün razılaşmaların icrası və bərabər hüquqa əsasən NATO ilə əməkdaşlıqları yenidən bərpa etmək üçün tam hazırdır.
Ukrayna məsələsinə görə ötən iki ildə Rusiyanın Avropa Birliyi və NATO ilə əlaqələri korlanıb.
Avropa Birliyi ABŞ-ın strategiyasını izləyərək Rusiya barəsində bir neçə iqtisadi sanksiya paketini tətbiq edib və bu ölkənin bir qrup rəsmisi və vətəndaşlarını sanksiya siyahısına salıb.