Obama: İşid ilə savaş çətindir
https://azeri.sahartv.ir/news/dünya-i215014-obama_İşid_ilə_savaş_çətindir
ABŞ prezidenti İŞİD terror qruplaşması ilə savaşın çətin və mürəkkəb olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2016 05:54 Asia/Baku
  • Obama: İşid ilə savaş çətindir
    Obama: İşid ilə savaş çətindir

ABŞ prezidenti İŞİD terror qruplaşması ilə savaşın çətin və mürəkkəb olduğunu bildirib.

CNN telekanalının verdiyi məlumata görə, prezident Barak Obama dünən ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdükdən sonra deyib: İŞİD-in önlənilməsi və sonda məhv edilməsi üçün səylər davam etdirilməlidir.

B.Obama İŞİD ilə savaşın çətin və mürəkkəb bir savaş olduğunu deyərək, hərbi əməliyyatların kənarında siyasi səylərin də göstərilməsini vacib adlandırıb.

İraq və Suriyada İŞİD-in zəifləməsinə işarə edən Obama bu terror qruplaşmasının neftdən əldə etdiyi gəlirlərin və digər maliyyə qaynaqlarının azadlığını deyib.

ABŞ prezidenti İraq və Suriyada İŞİD-in özəyinin kiçilməyə başladığını vurğulayaraq, bu terrorçu qruplaşmanın sıralarına daxil olanların sayının ötən iki ildə minimum həddə endiyini söyləyib.