Amerika paytaxtında aksiya
-
Amerika paytaxtında aksiya
Yüzlərlə nəfər Amerika paytaxtındakı siyasi korrupsiyaya etiraz olaraq, aksiya keçirib.
Press TV-nin məlumatına görə, Amerikanın paytaxtı Vaşinqton şəhəri əhalisindən yüzlərlə nəfər cümə günü bu şəhər küçələrinə çıxaraq, həmin ölkədəki siyasi korrupsiyanı və pulun siyasətə hakim kəsilməsini pisləyibdir.
Amerikalı etirazçılar şüarlar verərək, qüdrət bandalarının maliyyə mənbələrinin onların həyatlarına təsirli olmaları və övladlarının taleyini təyin etmələrindən nigaranlıq ediblər.
Etirazçılar habelə amerikalı rəsmilərin öz siyasi hədəflərinə çatmaq üçün demokratiya kimi təbirlərdən sui-istifadə etmələrini pisləyiblər.
Eyni zamanda, polis məmurları hüquq fəallarının aksiyaçılara qoşulmalarına reaksiyada təqribən yüz qırx amerikalını Vaşinqton Di Si-də həbs ediblər.
ABŞ-ın polis məmurları elə bir halda etirazçıları yatırırlar ki, bu ölkənin dövlət katibi ötən çərşənbə günü müxtəlif dünya ölkələrini insan haqlarını pozmaqda ittiham edərək, bu barədə xəbərdarlıq edib.
Azı ötən bir ildə Amerikada korrupsiya, təcavüz və işgəncə barədə 2600-dan çox iş təşkil olunubdur.