İstanbulda 5 avtomobil yandırılıb
-
İstanbulda 5 avtomobil yandırılıb
Naməlum şəxslər ötən gecə Türkiyənin İstanbul şəhərində 5 avtomobili yandırıblar.
İRİB-in məlumatına görə, naməlum şəxslər ötən gecə Eyyub bölgəsində 5 şəxsi avtomobili yandırıblar.
Şahidlərin dediyinə görə, naməlum şəxslər avtomobilin üzərinə benzin tökərək onları yandırıblar.
İndiyə qədər bu hücumların məsuliyyətini heç bir şəxs və yaxud qrup üzərinə götürməyib. Lakin bəzi medialar iddia ediblər ki, PKK bu işi törədib.
Ötən bir ay ərzində İstanbulda 50-dən çox şəxsi avtomobil yandırılıb.
Ötən illərdə də Türkiyə hərbçiləri ilə PKK üzvləri arasında silahlı qarşıdurmalar zamanında yüzlərlə avtomobil naməlum şəxslər tərəfindən yandırılmışdı.
Türkiyənin şərq və cənub-şərq kürd sakinli bölgələri 9 aydan çoxdur ki, qanlı qarşıdurmaların şahididir.