İŞİD-in gəlirləri azalıb
-
İŞİD-in gəlirləri azalıb
Bir hesabata görə, İŞİD terror qruplaşmasının gəlirləri 30% azalıb.
Press TV-nin məlumatına görə, Böhrana Nəzarət İnstitutunun bazar günü yayımladığı hesabata əsasən, bu terror qruplaşmasının aylıq gəliri 2015-ci ilin ortalarında təxminən 80 milyon dollar olub. Halbuki 2016-cı il mart ayında 56 milyon dollara azalıb.
İŞİD-in gəlirinin azalması bu müddətdə terror qruplaşmasının gəlirlərinin 43%-ni təşkil edən neft satışının azalması olmuşdur.
Bu müddətdə İŞİD tərəfindən satılan neft gündəlik 33 min bareldən 21 min barelə azalmışdır.
İŞİD-in gəlirinin təxminən 50% işğal etdiyi ərazilərdə vergilər və ya əmlakın müsadirə olunması, qalanı isə narkotik maddələrin qaçaqçılığı, elektrik satışı və yardımlarla əldə olunur.
Böhrana Nəzarət İnstitutunun təhlilçisi Ludovico Carlino deyib: İŞİD-in gəlirinin diqqəti cəlb edəcək dərəcədə azalması bu qruplaşmanı işğal etdiyi əraziləri uzun müddətə idarə etməkdə problemlə üzləşdirəcək.