İstanbulda AKP qərargahında partlayış
https://azeri.sahartv.ir/news/dünya-i215494-İstanbulda_akp_qərargahında_partlayış
Naməlum silahlı şəxslər İstanbul şəhərində Ədalət və İnkişaf partiyasının ofisinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2016 07:10 Asia/Baku
  • İstanbulda AKP qərargahında partlayış
    İstanbulda AKP qərargahında partlayış

Naməlum silahlı şəxslər İstanbul şəhərində Ədalət və İnkişaf partiyasının ofisinə hücum ediblər.

Trend İnformasiya Agentliyinin məlumatına görə, naməlum şəxslər ötən gün günortadan sonra əllə hazırlanan bomba ilə İstanbul şəhərində Ədalət və İnkişaf Partiyasının qərargahının arxabağçasını partladıblar.

Məlumata görə, hadisənin insan tələfatı olmayıb, lakin ofisə ciddi xəsarət dəyib.

İndiyə qədər bir şəxs və yaxud bir qrup hücumun məsuliyyətini üzərinə götürməyib.