Tramp və Klintin Nyu-Yorkda partiya daxili seçkilərin qalibi olublar
-
Tramp və Klintin Nyu-Yorkda partiya daxili seçkilərin qalibi olublar
Respublikaçılar və Demokratların ABŞ prezidentliyi üçün namizədləri olan Donald Tramp və Hillari Klinton Nyu-York Ştatında partiya daxili seçkilər zamanı rəqiblərini üstələyiblər.
Fransa xəbər agentliyinin Nyu-Yorkdan verdiyi məlumata görə, ilkin nəticələrə görə Donald Tramp Nyu-Yorkda seçicilərin 60%-ni əldə edərək, qalib gəlib. Onun rəqibi olan Ohayo ştatından Con Kasiç isə səslərin 25%-ni toplaya bilib. Tedd Kruz isə 14% səslə ən aşağı pillədə durmalı olub.
Demokratların namizədi olan Hillari Klinton isə 57% ilə rəqiblərini geridə buraxaraq, önə keçib. Onun rəqibi Berni Sinderz isə səslərin 42%-ni əldə edə bilib.
Nyu-Yorkda keçirilən hazırlıq seçkilərinin nəticələrinə əsasən Klinton partiyasının vahid namizədi olaraq seçilmək imkanını əldə etmək üçün rəqibi Berni Sanderz ilə fasiləsini artırmağı bacarıb.