Həzrət Əlinin (ə) viladəti və Atalar Günü münasibəti ilə təbrik edirik
https://azeri.sahartv.ir/news/dünya-i215821-həzrət_Əlinin_(ə)_viladəti_və_atalar_günü_münasibəti_ilə_təbrik_edirik
Bu gün dünya şiələrinin 1-ci imamının səadətli viladəti və Atalar Günüdür. Bu gün İranda bayram, istirahət günüdür və şənliklər keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2016 04:33 Asia/Baku
  • Həzrət Əlinin (ə) viladəti və Atalar Günü münasibəti ilə təbrik edirik
    Həzrət Əlinin (ə) viladəti və Atalar Günü münasibəti ilə təbrik edirik

Bu gün dünya şiələrinin 1-ci imamının səadətli viladəti və Atalar Günüdür. Bu gün İranda bayram, istirahət günüdür və şənliklər keçirilir.

13 Rəcəbdə Kəbənin divarı Fatimə Bint Əsədin üzünə açıldı və o Kəbəyə daxil oldu. Həzrət Əli İbn Əbitalib (ə) Kəbədə dünyaya göz açdı.

Həzrət İmam Əli (ə) yeniyetməlik dövründə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) yanında böyümüşdür.

O İslama iman gətirən ilk şəxs olmuşdur. İslam dininin genişlənməsi və təbliğinin bütün mərhələlərində peyğəmbərin əsas sirdaşlarından hesab olunurdu.

İran xalqı imamlığın atası olan Həzrət İmam Əlinin (ə) səadətli viladətinin ildönümü gününü Atalar Günü olaraq qeyd edir.