Obama və Kral Salman nə dedi nə eşitdi?
https://azeri.sahartv.ir/news/dünya-i215833-obama_və_kral_salman_nə_dedi_nə_eşitdi
Ağ Ev bir bəyanatda bildirib ki, ABŞ prezidenti və Səudiyyə Ərəbistanı kralı çərşənbə günü Ər-Riyadda görüşdə Suriya prezidenti Bəşşar Əsəd olmadan bu ölkədə siyasi keçid hökumətinin əhəmiyyətini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2016 05:42 Asia/Baku
  • Obama və Kral Salman
    Obama və Kral Salman

Ağ Ev bir bəyanatda bildirib ki, ABŞ prezidenti və Səudiyyə Ərəbistanı kralı çərşənbə günü Ər-Riyadda görüşdə Suriya prezidenti Bəşşar Əsəd olmadan bu ölkədə siyasi keçid hökumətinin əhəmiyyətini vurğulayıblar.

Barak Obama Fars Körfəzi Əməkdaşlıq Şurasının iclasına ev sahibliyi üzrə Ərəbistanın rolunu alqışlayıb, İŞİD-lə mübarizənin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb və İŞİD əleyhinə koalisiyada Səudiyyə Ərəbistanının önəmli rolunu müsbət qarşılayıb.

ABŞ prezidentinin açıqlaması ilə yanaşı qeyd edək ki, Ərəbistan təkfirçi və radikal ideyaların əsas təşviqatçısı kimi bir sıra ittihamlara tuş gəlib ki, bu ölkəni İŞİD təkfirçi terror qruplaşmasının təşkil olunmasının amilləri sırasına salıb.

Ərəbistanın təhlükəsizlik xidmətinn sabiq rəhbəri Türki əl-Feysəl ABŞ prezidenti Barak Obamanın Ər-Riyadda səfərdə olduğu zaman deyib: Amerika və Ərəbistan arasında tarixi koalisiyanın köhnə xoş günləri sona çatıb və onların əlaqələri yenidən tənzimlənməlidir.