Apr 25, 2016 09:49 Asia/Baku
  • Obama: Suriyada neytral zonanın yaradılması hərbi öhdəliklər olmadan çətindir
    Obama: Suriyada neytral zonanın yaradılması hərbi öhdəliklər olmadan çətindir

ABŞ prezidenti Suriyada təhlükəsiz məntəqənin yaradılmasını hərbi öhdəliklər olmadan çətin adlandırıb.

Röyters-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Almaniyanın Hannofer şəhərində bu ölkənin kansleri ilə birgə mətbuat konfransında deyib: Suriyada neytral zonanın yaradılması ağır hərbi öhdəliklər olmadan çətin bir işdir.

O, Suriyada döyüşlərin davam etməsindən nigaranlıq edərək, deyib: Hansı ölkə öz qüvvəlıərindən böyük bir hissəsini Suriyada yerləşdirməyə hazırdır.

Obama Suryia böhranının siyasi müzakirələr yolu ilə həllini vurğulayaraq, Almaniyanı anti-İŞİD koalisiyasında mühüm şərik adlandırıb.

Amerika prezidetni həmçinin qarşılıqlı təhlükəsizlik və kəşfiyyat həmkarlıqlarının genişləndirilməsi barədə Almaniya kansleri iilə məşvərətindən xəbər verib və Almaniya və Amerikanın Əfqanıstanın ordusu və dövlətini dəstəklədiklərini bildirib.

Almaniya kansleri Angela Merkel də deyib ki, Obama ilə müxtəlif mövzular və Suriyanın durumu barədə fikir mübadiləsi aparıb və iki tərəf Surya böhranının həlli üçün siyasi həll yollunun tapılması vacibliyi haqda razılığa gəliblər.

Almaniya kansleri deyib ki, Berlin və Vaşinqton Cenevrədə sülh müzakirələrini dəstəkləyirlər.

Obamanın Almaniyaya səfəri bu ölkə xalqının etirazı ilə üzləşmişdi.

Teqlər