Çernobıl faciəsinin 30-cu ildönümü anıldı
https://azeri.sahartv.ir/news/dünya-i216364-Çernobıl_faciəsinin_30_cu_ildönümü_anıldı
Çornobıl AES-nin işçiləri şam yandıraraq, baş vermiş faciədə həyatını itirən iş yoldaşlarının xatirəsini yad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2016 10:19 Asia/Baku
  • Çernobıl faciəsinin 30-cu ildönümü anıldı
    Çernobıl faciəsinin 30-cu ildönümü anıldı

Çornobıl AES-nin işçiləri şam yandıraraq, baş vermiş faciədə həyatını itirən iş yoldaşlarının xatirəsini yad ediblər.

Ukrayna xalqı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş partlayışın 30-cu ildönümünü yad ediblər.

26 aprel 1986-cı il səhər saatlarında Çernobıl AES-ində həyata keçirilən sınaq əməliyyatı zamanı yol verilən texniki bir səhv nəticəsində radioaktiv maddələr əriməyə və son dərəc güclü radioaktiv şüalanmaya malik olan dumanın qalxmasına səbəb oldu. Bu faciənin ardınca 10 minlərlə insan öz yaşayış yerini tərk etməyə məcbur oldu.

Çernobıl faciəsnin 30-cu ildönümü mərasimi AES işçilərinin məskunlaşdırılması üçün nəzərdə tutulmuş Slavtiç şəhərində keçirildi.

Ukraynanın paytaxtı Kiyevdə isə insanlar kilsələrə gedərək, Çernobıl faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Ukrayna prezidenti Petro Poroşenko da Çernobıl AES-nin yaxınlığında təşkil edilmiş mərasimdə iştirak etdi.

AES işçiləri isə şam yandırmaqla baş vermiş faciədə həyatını itirən insanların xatirəsini yad ediblər.

Çernobıl faciəsini anma mərasimi, radioaktiv maddələrini ətraf mühitə yayılmasını 100 il müddətinə önləyə biləcək polad qübbənin quraşdırılması əməliyyatının yekun mərhələsinin icrasıilə bir vaxta təsadüf edir.

Çernobıl AES-nin dağıntıları üzərində quraşdırılan bu iri layihənin icrası üçün 1.5 milyard dollar vəsait ayrılıb. Bu məbləğ 40 ölkə tərəfindən edilən yardımlar hesabına təmin edilib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, sabiq Sovet İttifaqı dönəmində baş verən bu faciənin fəsadlarının aradan qaldırılması üçün SSRİ-nin müxtəlif məntəqələrindən yarım milyona yaxın hərbçi və mülki səfərbər edilmişdi. Hadisənin ardınca, faciəni dərhal önləməyə çalışan 31 yanğınsöndürmə əməkdaşı və AES işçisi elə oradaca həyatlarını itirmişdilər.

Ötən 30 ildə minlərlə nəfər Çernobıl faciəsi nəticəsində məruz qaldığı radioaktiv şüalanma nəticəsində müxtəlif xəstəliklərə yoluxaraq həyatını itirib.

Çernobıl faciəsinin yol açdığı fəsadların ümumi miqyası barədə isə hələ də geniş mübahisələr aparılır.