ABŞ, Almaniya və İngiltərə Rusiya sərhədlərinə qoşun toplayırlar
https://azeri.sahartv.ir/news/dünya-i216769-abŞ_almaniya_və_İngiltərə_rusiya_sərhədlərinə_qoşun_toplayırlar
ABŞ Rusiyaya qarşı təhrikedici addımlarının davamında NATO-dakı müttəfiqləri ilə birgə Polşa və Baltikyanı ölkələrdə təxminən 4 min nəfərlik dörd batalyon yerləşdirməyə hazırlaşır. Bu barədə "Wall Street Journal" qəzeti yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2016 12:01 Asia/Baku
  • ABŞ, Almaniya və İngiltərə Rusiya sərhədlərinə qoşun toplayırlar
    ABŞ, Almaniya və İngiltərə Rusiya sərhədlərinə qoşun toplayırlar

ABŞ Rusiyaya qarşı təhrikedici addımlarının davamında NATO-dakı müttəfiqləri ilə birgə Polşa və Baltikyanı ölkələrdə təxminən 4 min nəfərlik dörd batalyon yerləşdirməyə hazırlaşır. Bu barədə "Wall Street Journal" qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu addım Rusiyanın keçirdiyi hərbi təlimlərə cavab olaraq atılır.

Faktı təsdiqləyən ABŞ müdafiə nazirinin müavini Robert Uork isə Vaşinqtonun bu hərəkətini əsaslandırmaq üçün, atılan addımın Rusiyadan gələ biləcək təhdidi önləmək məqsədi daşıdığını deyib. “Son zamanlar Rusiya gözlənilmədən Litva, Latviya və Estoniyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir. Biz bunu olduqca təxribatçı addım kimi qiymətləndiririk” – deyə Uork bildirib.

"Wall Street Journal"-in məlumatına əsasən, ABŞ Rusiya ilə sərhəd ərazilərə iki, Almaniya və Böyük Britaniya isə hərəsi bir batalyon ayırmağa hazırdır.

Rusiya isə ABŞ-ın Avropa ölkələrində öz hərbi iştirakını artırmasını və NATO-nun şərqə doğru genişlənməsini öz təhlükəsizliyi əleyhinə təhdid hesab edir.