Dünyada daha heç kəs Amerikaya etimad etmir
https://azeri.sahartv.ir/news/dünya-i216817-dünyada_daha_heç_kəs_amerikaya_etimad_etmir
Con Mak Keyn deyib: Amerikanın prezidenti Barak Obamanın ötən yeddi ildəki zəif xarici siyasəti səbəb olubdur ki, dünyada Amerikanın dost və düşmənləri bizim vədimizə inanmasınlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2016 04:23 Asia/Baku
  • Dünyada daha heç kəs Amerikaya etimad etmir
    Dünyada daha heç kəs Amerikaya etimad etmir

Con Mak Keyn deyib: Amerikanın prezidenti Barak Obamanın ötən yeddi ildəki zəif xarici siyasəti səbəb olubdur ki, dünyada Amerikanın dost və düşmənləri bizim vədimizə inanmasınlar.

IRIB-nin məlumatına görə, Amerika senatının silahlı qüvvələr komitəsinin sədri Con Mak Keyn Amerikanın Çin və İranla nüvə razılaşması barədəki mülahizələrinə toxunaraq, deyib: Amerikanın prezidenti Barak Obamanın ötən yeddi ildəki zəif xarici siyasəti səbəb olubdur ki, dünyada Amerikanın dost və düşmənləri bizim vədimizə inanmasınlar və bizim əzmkarlığımızı şübhə altına alaraq, öhdəliyimizə şəkk etsinlər.

Amerika senatının silahlı qüvvələr komitəsinin sədri və Arizona ştatından olan senator Mak Keyn əlavə edib: Yeddi il ərzində müvəffəqiyyət yerinə, daha çox geri çəkilmək üzərində təmərküzləşən bir prezident, yəni Obamanın hakimiyyəti altında biz dəfələrlə sülh ümidlərinin solmasının şahidi olmuşuq. Təəssüflə aydın olan məsələ budur ki, bu prezident qırğın və dağıntı dalğasını uğurlu şəkildə aradan qaldırmaq üçün heç bir strategiyaya malik deyildir.